Özündən xəbərsiz, Hərbi
27.06.2015 / 15:08

Mehmandarovun layiqli varisi

Mehmandarovun layiqli varisi

Xalidə Xalidin “ Özündən xəbərsiz...” layihəsinin ilk qəhrəmanı Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovdur.

Niyə bu layihəmi belə adlandırdım: “Özündən xəbərsiz...”?

Səbəbini açıqalyım:

Bu gün elə bir zamənəyə gəlib çıxmışıq ki, yaltaqlıq, riyakarlıq, ikiüzlülük o dərəcəyə gəlib çatıb ki, işini layiqincə görən, ona həvalə olunan kürsüyə dəyər verən, etimad göstərən rəhbərliyin inamını doğruldan məmurlar haqqında yazmaqdan belə çəkinirik.

Və yaxud da ki, məmurlar kimlərinsə hədəfinə tuş gəlməkdən çəkinərək, gördükləri layiqli işlər haqqında yazılmasından çəkindikləri üçün, müsahibələrdən gizlənir, jurnalistlərdən qaçırlar.

Ona görə də həmin insanların özlərinin xəbərləri olmadan fəaliyyətləri barədə yazmağa qərar verdim. Niyə nöqsanları yazırıq, amma məmurun gördüyü müsbət işləri yazmağa xəsislik edirik?!
Bütün bunları nəzərə alaraq, təmənnasızlıq ideyasına sadiq bir insan və media rəhbəri kimi, bu layihəyni İnform.az-da başlatmağa qərar verdim.

Ordu Günü ərəfəsində olduğumuz üçün, bayram hədiyyəsi olaraq, bu layihənin ilk qəhrəmanını kimi dəyərli nazirimiz, layiqli generalımız cənab Zakir Həsənovu seçdim.

Öncə oxucularımz qəhrəmanım haqqında qısa arayış vermək istəyirəm
:Mehmandarovun layiqli varisi

Həsənov Zakir Əjdər oğlu 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub.

1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib,1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbindən məzun olaraq, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsində xidmətini davam etdirib.

1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının Akademik İdarəetmə kurslarını bitirib.

1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17 may 2003-cü il tarixli 869 №-li Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 №-li Sərəncamı ilə isə general-leytenant ali xüsusi rütbəsi verilib.

Horadiz əməliyyatı da daxil olmaqla, Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərinə görə" medalı ilə, 30.06.2004-cü il tarixli 298 №-li Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və 11.03.2008-ci tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

22 oktyabrın 2013-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilib və general-polkovnik rütbəsi verilib.

Ailəlidir. Üç övladı var.

Mehmandarovun layiqli varisiZakir müəllimin nazir kürsüsünə təyin olunduğu gündən iki ilə yaxın bir zaman keçir.

Bu zaman kəsiyində Müdafiə Nazirliyində, eləcə də nazirliyin tabeçiliyində olan qurumlarda əsaslı dəyşikliklər və yeniliklər aparılmağa başlanılıb.

Cənab nazir 22 oktyabr 2013-cü ildən başlayaraq Milli Orduda bu günədək baş verən naqisliklərin, orduya qeyri peşakar yanaşmanın aradan qaldırılması istiqamətində çox böyük işlər aparır.

Hərbi hissələrdə əsgər və zabit heyətinin yüksək xidmət üçün yaxşı şəraitin təminatı, hərbiçilərin rifah halının yaxşılaşdırılması üçün yeni layihələrin işlənilməsi, eləcə də MAHX-müddətdən artıq hərbi xidmətin təkmilləşdirilməsi və digər sahələrdə yenilikləri saymaqla bitməz.

Bu məqaləmdə cənab nazirin diqqət göstərdiyi sahələrdən biri- Müddətdən Artıq Hərbi Xidmət haqqında danışmaq istəyirəm.

Bu xidmətə təqribən 22 mindən artıq gənc cəlb olunub. 22 min gənc-22 min ailə deməkdir, 22 min ailənin hər birində doğulan bir və ya iki körpə, Azərbaycan vətəndaşı deməkdir, 22 min ailənin təminatı deməkdir.

Azərbaycan Ordusunda bu gün, əsgər yataqxanasını öz evi bilən, əsgər yeməyini ən bahalı restoranlarda yeyilən yemək kimi hiss edən oğullar az deyil.

Mehmandarovun layiqli varisiAli təhsil almaq imkanları olmadığı üçün və yaxud da Ali Hərbi Məktəbə qəbul imtahanları zamanı yetərli bal toplaya bilməyən vətənpərvər gənclərimiz vətənə olan sevgilərini məhz MAHX-ə keçməklə izhar etməyə çalışırlar.

Düzdü, hər sahədə olduğu kimi orduda da nöqsanları bir-iki ilin ərzində təmizləmək mümkün deyil. Milli Orduda hərbi nizamnamədən xəbəri olmayan, hərbiçi peşəsinə qazanc mənbəyi kimi baxan, tabeçiliyində olan əsgər və zabitlərlə nizamnamədən kənar rəftar edən zabit və gizirlərimiz, çavuşlarımız da az deyil.

Amma, cənab nazir sanki orduda bir ələk qurub. Bu naqisləri ələyərək, orduya, vətənə bağlı olan insanların hərbi xidmətə cəlb olunmalarına şərait yaradır, onlara qayğı göstərir.

Ordunun döyüş qabiliyyəti isə döyüşdə bəlli olur. Hansı ki, bunu keçən yay Qarabağda qısamüddətli döyüşlər zamanı ordumuz yetərincə sübut etdi. Bütün bunlar isə təbii ki, orduda aparılan islahatların müsbət nəticələrindəndir.

Bu irəliləyişləri və diqqəti görəndə xalqın orduya etibarının artması ilə yanaşı, ordunun ozünün də özünə güvəni artır. Eyni zamanda belə bir durum düşməni daim stres və qorxu altında saxlamaq üçün Azərbaycan cəmiyyətinə hava və su kimi lazımdır.

Düşmənin yuxusunu ərşə çəkən, dünya miqyasında ən güclü ordulardan sayılan, regionda isə ən güclü ordu olan Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatları, orduya rəhbərlik edən nazirin əsgər və zabit heyəti ilə səmimi rəftarı qələbəmizin çox uzaqda olmadığından xəbər verir.

Milli Orduda son iki ilə yaxın zamanda aparılan islahatlar haqqında daha geniş yazmaq olar. Amma, görünən dağa nə bələdçi...



İnform.az

Baxış sayı: 825