Gündəm, İqtisadiyyat
05.09.2015 / 09:25

"Brent" markalı neft 50 dollardan aşağı düşüb

"Brent" markalı neft 50 dollardan aşağı düşüb
Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,70 dollar və ya 1,50% ucuzlaşaraq 46,05 dollar təşkil edib.
Birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,11% yaxud 1,07 dollar azalaraq 49,61 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

İnform.az

Baxış sayı: 274