Elm-təhsil
05.09.2015 / 09:14

Latviya nümayəndələri ATMU-da

Latviya nümayəndələri ATMU-daLatviya nümayəndə heyəti Azərbaycan Turizm və Menecment Universitetində səfərdə olublar.

İnform.az xəbər verir ki, səfər zamanı onlar universitetin rektoru ilə də görüşüb.

Rektor Cəfər Cəfərov söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin 10-illik tarixində təhsil və təcrübə modelinin ixtisaslı kadr hazırlığına müsbət təsiri, beynəlxalq təşkilatlarla əlaqələrin dinamik inkişafı, o cümlədən strateji məqsədləri hədəfləyən planlar barədə qonaqlara ətraflı məlumat verib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru C.Cəfərov və Latviya Baltik Beynəlxalq Akademiyasının "Turizm və otelçilik", "Bakalavr və magistr" proqramlarının rəhbəri M.Qunare ali təhsil ocaqları arasında əməkdaşlıq sahəsində bağlanacaq ikitərəfli anlaşma paketində əksini tapması planlaşdırılan ATMU tələbələrinin Latviyanın nüfuzlu otellərində təcrübə semestrinin təşkili məsələsinin də uğurla həll olunacağına inam ifadə ediblər.
Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 317