Dünya
05.09.2015 / 04:10

Bağdadda növbəti terror aktları

Bağdadda növbəti terror aktları İraq paytaxtı Bağdadın müxtəlif yerlərində törədilən terror aktları nəticəsində 9 nəfər həlak olub, daha 18 nəfər isə yaralanıb. Ölənlərdən 3-ü bir ailənin üzvləridir.

Bağdadın Əl-Übeydi, Əl-Mədain və Əl-Hürriyyə məntəqələrindəki partlayışlardan sonra isə daha 4 nəfər həlak olub. Bütün zərərçəkənlər mülki vətəndaşlar olub.

Verilən məlumata görə, hadisənin İŞİD qruplaşması tərəfdarlarının törətdiyi ehtimal edilir.

İnform.az

Baxış sayı: 339