Dünya
05.09.2015 / 04:58

45 Səuduyyə Ərəbistanı hərbçisi həlak olub

45 Səuduyyə Ərəbistanı hərbçisi həlak olub İnform.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Yəmənin Marib əyalətindəki hərbi təlim bazasının raketlərdən atəşə tutulması nəticəsində 45 Səudiyyə Ərəbistanı hərbçisi həlak olub.

Daha əvvəl isə həlak olanların 22 nəfər olduğu bildirilmişdi.
Bundan başqa hadisə zamanı daha 5 nəfər Bəhreyn hərbçisi həlak olub.

ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanı xarici işlər naziri Abdulla bin Zaid əl Haxayana hadisə ilə bağlı başsağlığı verib.

Baxış sayı: 308