Hadisə
05.09.2015 / 02:17

Otuz ildir gözlənilən hadisə

Otuz ildir gözlənilən hadisə Sentyabrın sonlarında dünya əhalisi daha bir tarixi ana şahid olacaq. Nadir hallarda görünən “Super Ay” və Ay tutulması eyni anda baş verəcək.

Bu tarixi hadisə – “Super Ay”ın görünməsi və Ay tutulması 30 ildən bir reallaşır.

“Super Ay” normal aydan 30 dəfə daha parlaq olur və həmin vaxt Ay daha yaxından görünür. Bu təbiət hadisəsi Amerika qitəsindən, Avropa, Afrika və Orta Asiyanın bəzi yerlərindən görünəcək.

NASA hadisənin hansı bölgələrdə müşahidə olunması ilə bağlı xəritə yayımlayıb.

İnform.az

Baxış sayı: 317