Elm-təhsil
04.09.2015 / 16:43

Azərbaycan-Fransa arasında turizm əlaqələri

Azərbaycan-Fransa arasında turizm əlaqələriMədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Səfirliyin birinci müşaviri Fabienne Drout Lozinski və digər əməkdaşlar arasında görüş keçirilib. İnform.az xəbər verir ki, görüşdə universitet tərəfindən Fransa təhsil ocaqları ilə təhsilin bütün pillələri, həmçinin orta peşə təhsili üzrə mümkün əməkdaşlıq müzakirə olunub.

29 sentyabr - 02 oktyabr tarixində Fransa Respublikasının Paris şəhərində keçiriləcək "Top Resa 2015" beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti və Fransanın turizm təhsil ocaqları arasında görüş təşkil olunması və danışıqların davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, görüş zamanı həmçinin kənd turizminin inkişafı, kənd təsərrüfatlarının turizm məqsədilə istifadə standartları, koordinasiya işi sahəsində əməkdaşlıq perspektivləri üzrə də fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, Fransalı turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində olan çətinliklər, problemlər və çatışmamazlıqlar müzakirə olunub.
Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 255