Siyasət
04.09.2015 / 16:36

İlk siyasi partiyalar bloku qeydə alınıb

İlk siyasi partiyalar bloku qeydə alınıb
Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək ilk siyasi partiyalar bloku qeydə alınıb.

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərdə Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Aydınlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Bütöv Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyasının bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar blokunun qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılıb və “Azadlıq-2015” siyasi partiyalar bloku qeydə alınıb.

İclasda daha sonra Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri qeydə alınıb. Yeni Azərbaycan Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin siyahısına isə əlavələr edilib.

İnform.az

Baxış sayı: 332