Sağlamlıq
04.09.2015 / 12:42

Eşşəkarısı xərçəngin müalicəsində effektivdir

Eşşəkarısı xərçəngin müalicəsində effektivdirBraziliya və ABŞ alimləri sağlam hüceyrələrə ziyan vurmadan bədxassəli hüceyrələri məhv edən “Polybia paulista” eşşəkarısı növünün müalicəvi xüsusiyyətlərini hələ bir neçə il əvvəl kəşf ediblər, amma onlar bu prosesin elmi izahını tapa bilməyiblər.

Britaniyanın Lids Universitetinin alimləri elmi eksperimentlər əsasında bu qənaətə gəliblər ki, “Polybia paulista” zəhəri xəstə hüceyrələrin hasil etdiyi fosfatidiletanolamin və fosfatidilserin fermentlərindən marker kimi istifadə edərək, xərçəng hüceyrələrini tapıb məhv etməyə qadirdir. Xərçəng hüceyrələri bu piyləri ifraz edir, sağlam hüceyrələrdə bu hadisə müşahidə olunmur.

Britaniya alimləri müəyyən ediblər ki, fosfatidiletanolamin və fosfatidilserin hüceyrədaxili mübadilə nəticəsində yalnız xərçəng hüceyrələrinin qişasının səthində olur və eşşəkarısı zəhəri molekullarının məhz onlara “yapışmaq” qabiliyyətini artırır. Sonra zəhər hüceyrənin qişasını yeyir və yaranan məsafələrdən onu məhv edir.

Ekspertlərin fikrincə, Braziliya eşşəkarısı zəhərinin ciddi əlavə təsirləri olmayan müalicə üsulundan qan, prostat vəzi, sidik kisəsi xərçəngi və digər xərçəng növlərinin müalicəsində uğurla istifadə etmək olar.

İnform.az

Baxış sayı: 309