Siyasət
15.06.2015 / 09:00

Prezident gürcüstanlı həmkarına başsağlığı verib

Prezident gürcüstanlı həmkarına başsağlığı veribAzərbaycan prezidenti İlham Əliyev Tbilisidə baş verən təbii fəlakətlə əlaqədar gürcüstanlı həmkarı Georgi Marqvelaşviliyə başsağlığı verib.

İnform.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Baxış sayı: 519