Hərbi
04.09.2015 / 07:06

Türkiyə Parlamenti orduya səlahiyyət verib

Türkiyə Parlamenti orduya səlahiyyət verib Türkiyə Böyük Millət Məclisi ölkə ordusunun Türkiyədən kənarda aparacağı hərbi əməliyyatların vaxtını uzadıb. Türkiyə hökuməti qərarın uzadılması haqda parlamentə müraciət etmişdi. Hökumət ordunun kənarda əməliyyat keçirməsi icazəsini 2014-cü il 2 oktyabrda vermişdi.

Hazırda Türk ordusu Suriya və İraq ərazisində İŞİD və PKK terrorçularına qarşı əməliyyatları davam etdirir.

Parlamentdə keçirilən səsvermə zamanı qanunun əleyhinə yalnız HDP-li millət vəkilləri səs veriblər.

İnform.az

Baxış sayı: 403