Dünya
03.09.2015 / 23:54

Milyarder qaçqınlar üçün ada alır

Milyarder qaçqınlar üçün ada alır İnform.az Rusiyanın "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, misirli milyarder Nahib Saviris sosial şəbəkələr vasitəsilə İtaliya və Yunanıstan hökumətinə müraciət edib. Milyarder sözü gedən ölkələrə məxsus adalardan birinin ona satılmasını istəyib.

"Yunanıstan və ya İtaliya özlərinə məxsus olan adalardan birini mənə satsınlar. Bundan onra mən adanı müstəqil elən edib, burada qaçqınları qəbul edəcəm və onların işlə təmin olunmasına şərait yaradacam. Onlar bu adada özlərinin yeni vətənlərini quracaqlar".

Baxış sayı: 207