İdman
03.09.2015 / 23:04

Yığmamız sülhlə ayrıldı

Yığmamız sülhlə ayrıldı Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan milli komandası ilk oyunda Xorvatiya millisi ilə qarşılaşıb.

Görüşdə hesab açılmayıb və Azərbaycan millisi beşinci xalını aktivinə yazdırıb.

Robert Prosineçkinin yetirmələri öz meydanında baş məşqçinin həmyerliləri ilə, yəni Xorvatiya yığması ilə qarşılaşıb.

Xorvat mütəxəssisin millimizə baş məşqçi təyin olunmasından sonra keçirdiyi 2 rəsmi oyunda da yenilməyən komandamız bu dəfə daha çətin sınaq qarşısında idi.

Osiyekdəki oyunda Xorvatiya millisi yığma komandamız üzərində 6:0 hesablı qələbə qazanmışdı. Ancaq bu dəfə milli komandamız güclü rəqibinə qarşı layiqli müqavimət göstərə bildi.

Rəqibin aramsız hücumlarını səliqəli şəkildə qarşılayan və inamla müdafiə olunan Prosineçkinin yetirmələri yekunda qolsuz bərabərliyə nail ola bildilər.

İnform.az

Baxış sayı: 299