Sosial
03.09.2015 / 17:20

Sosial Rifah Partiyası seçkilərə 100 namizədlə qatılacaq

Sosial Rifah Partiyası seçkilərə  100 namizədlə qatılacaq
Bu gün Azərbaycan Sosial Rifah Partiyası (ASRP) “Müqəddəs məqsədin nailiyyətlərinin daha da artırılması istiqamətində” adlı beynəlxalq konfrans keçirib.
Konfransda partiyanın parlament seçkilərində iştirak məsələsi müzakirə olunub. Partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca, bəzi beynəlxalq dairələr Azərbaycana qarşı ikili standartlarla çıxış edir. Onun sözlərinə görə, ASRP-nin parlament seçkilərində 100-ə yaxın dairədən namizədi olacaq: “Hazırda namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Namizədlər partiyanın Ali Məclisində təsdiq olunandan sonra cəmiyyətə açıqlanacaq. Düşünürəm ki, parlamentdə yeni simalar olmalıdır”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan X. Kazımlı bu gün Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etmək gücündə olduğunu vurğulayıb.

Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksəl Gülbəy isə deyib ki, erməni yalanlarına qarşı birgə mübarizə üçün parlamentdə milli düşüncəyə sahib insanlar təmsil olunmalıdır.

İnform.az

Baxış sayı: 283