Gündəm, İqtisadiyyat
27.06.2015 / 11:54

Ən çox vergi verənlər açıqlanıb

Ən çox vergi verənlər açıqlanıb

Hər il Türkiyədə ən çox vergi verən insanların siyahısı açıqlanır. Xüsusən də incəsənət sahəsində. Bu, Türkiyədə artıq ənənə halını alıb. Bu ölkənin vətəndaşları da hansı sahəni təmsil etməklərindən asılı olmayaraq, ödədikləri vergi ilə fəxr edirlər. Sanki dövlətə kim daha çox vergi ödəyəcək yarışı gedir. Bu hal, ölkə vətəndaşlarının həm dövlətə olan etibarını göstərir, həm də dövlətə olan sevgilərini. Bəs bizdə necədir vəziyyət? Diqqət etsək görəcəyik ki, tam tərsidir. Azərbaycanda vergidən yayınmaq üçün hərə bir yola əl atır. Xüsusən də incəsənət xadimləri. Şəxsən biz inanmırıq ki, hər gün toylara gedib 8-10 min pul alan hansısa müğənni doğru-düzgün vergi ödəyir. Dövlət strukturları isə buna göz yummaqda davam edir.

İnform.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu ölkədə ən çox vergi verən insanların siyahısı açıqlanıb. Türkiyənin məşhur gülüş ustası olan Cem Yiılmaz, 4,4 milyon vergi ilə siyahıda 58-ci olub. Siyahının açıqlanmasından sonra Cem Yılmaz öz "Twitter" hesabından açıqlama edib: "Vergi siyahısında mənim 58-ci olmağım, olimpiada yarışlarında 100 metrəyə qaçış zolağında duran, ancaq qaçmayan Hüssain Boltu keçmək kimi bir şeydir". Cem Yılmazın böyük qardaşı olan Can Yılmaz isə "Cem, 58-ci olub təbrik edirəm. 20 000 lirə əksiklə Rıza Sarrafa uduzmuşuq tüh be" şəklində açıqlama paylaşıb.

Baxış sayı: 478