Şərhlər
03.09.2015 / 15:18

Biz həm də ordayıq

Biz həm də ordayıq
Xanəmir TELMANOĞLU / İnform.az


Orda tarix 1401-ci ili göstərir.Orda zaman orta çağın üzərindədir. Bu tayda 2015-ci ildir. Bu rəqəmlər iki coğrafiyda yaşayan bir millətin fərqli təzyiq şkalası kimi görünür mənə. Birində təzyiq aşağıdır, birində lap yuxarı. Yaxşı deyirlər ki, insan zamanının, dövrünün övladıdır.İnsan həm də zamanın tarixini göstərdiyi rəqəmlərin, vaxt rəqəminin övladıdır. Bu gün Təbrizdə vaxt 1401-ci ili göstərir.
İkinci dünya müharibəsindən sonrakı illərdə bir az dirçəlmiş sovet şəhərlərinin şərq tipajını xatırladır. Hər yerdə önəmli olan o məkanın şəhərindən, küçələrindən, yollarından, tarixi abidlərindən daha çox, o coğrafiyanın insanları daha canlı, daha doğma, daha həqiqi, daha önəmli faktordur. Təbrizin insanları başını buraxsan, bir anın içində dünyanın altını üstünə çevirərlər. Bu insanlar o qədər sərişttəli, o qədər dərrakəli və fəhimli təsiri bağışlayır ki, adama elə gəlir şümer mədəniyyətini, qədim svilizasiyadan xəbər verən bilgiləri bunlar qoyub gediblər. Ancaq onlar bu gün bu dünyaydadırlar. Çox şeylərdən məhrum ediliblər. Təbrizin insanları gülmək, şənlənmək, sevinmək istəyirlər. Onlar oynamaq, oxumaq, sevinmək həvəslərini öz içlərinin dərinliklərində dəfn ediblər. Bir əsrdə 4 kərəm inqlab eləmiş bu insanlar indi Allhın onlara bəxş elədiyi azadlıq duyğularınının ən zirvə noqtəsinə kimi gəlsələr də, azadlıq sevdasının ardınca hələ də düşüb onu tapsalar da, əllərini, qanlarını bu əvəsiz nemətə toxundura bilmirlər. Onlara nələrisə anlatmaq, başa salmaq təhqirdir. Onlar hər şeyyi anlayir, dərk edir, başa düşürlər.
Mən bir daha dərk elədim ki, biz ordayıq həm də. Mən onlarsız özümü təsəvvür edə bilmirəm. Onların süsgün və kədərli baxışları çox naməlumlardan xəbər verir. Isiitqanlılıqlarını qoruyub saxlayan bu yerlərin insanları, hələ də dünyayayla üz-üzə duruşlarıyla arayış içərisində olduqları hiss olunur. Onlar nəyisə axtarır, arayırlar. Onların aradıqları heç yerdə deyil, içlərində, ruhlarında, qanlarında və mənəviyyatlarındadır. Bu qorxmaz, cəsur, mərd, sadə, eşqli insanlar, həm də nələrdən məhrum olduqlarından, nələrə qadir olub amma əllərinin ona yetmədiyinin fərqindədirlər.
Bu gün Təbriz mənim üçün tarixi yerlərdən, abidələrdən daha çox, insani yer, məkan kimi daha çox önəm daşıyır. Dünyanın ən gözəl bir yerində yaşayan bu şəhərin sakinləri, şirin ləhcəsiylə, şivəsiylə və sevəcən sözləriylə adamın ruhunda dərin izlər buraxan bir qövmün övladlarıdır. Tarix heç vaxtı onlardan yan ötməyib. Ancaq tarix onlara istədiyini də verməyib. Indi onlar bu sükutlarıyla, dərin dərdləriylə, susuqun ruhlarıyla tarixi elə bu şəkildəcə dara çəkir, mühakimə edirlər. Onlar tarixi içlərində həbs ediblər. Bu tarixi həbslə birgə, Təbriz insanının varlığında nisgili, sevdası, mübarizliyi də həbs olunub. Günəş bu şəhərin üzərinə elə doğur, elə yayaılır ki, adama elə gəlir, Allahın bu işığı bütün dünyanın yaşayış məkanlarını unudub, elə bu şəhərin üzərinə doğub. Ancaq duyğular, hisslər təssüf ki, tarix olmur, tarix deyil. Amma Hegel deyir ki, elə qövmlər var ki, onların duyğuları, hissləri elə bir formasiyalardan keçir ki, gözünü yumub açınca, bu duyğular, hisslər görünməmiş tarixə dönüşür.
Təbriz artıq yoxdur. O binalar, tarixi yerlər, mədəniyyət nümunələri burda yaşayan sakinlərin içində daha çox gizləndiyi hissini aşılayır. Təbrizi lap yaxından görmək istəyən gərək bu yerlərin sakinləriylə üz-üzə oturub danışa, söhbət edə, onların hər danışıqlarına, mimikalarına, dialoq əsnanında üzlərindəki cizgilərə diqqət kəsilə. Yer üzünün ən qəribə şəhəridir ki, insanları şəhəriylə rabitə, irtibat halındadır. Təbrizlin gerçəkdən bu dünyadan nə istədiyini başa düşən hər kəs, bu şəhərin – Təbrizin bütün görünməyən, üzdə olmayan tərəfini də görüb götürəcək, bu şəhər yaşadığı, var olduğu sürəcə öz kimliyindən, öz dərdindən-sərindən şikayətçi olmayacaq.
Ezoteriklər belə düşünürlər ki, hər bir şəhərin coğrafi ərazisi olduğu kimi, o şəhərin həm də sakral tərəfi də var. Bir şəhərə girdiyin zaman, insan öncə o şəhərin karmasına daxil olur. Insanlar var ki, bir şəhərə min dəfə daxil olar, ancaq o şəhərin karmasına daxil olduğundan da heç vaxt xəbər tutmaz. Bu mənada, Təbrizə girən ayıq insan dərk edir ki, o təkcə, bu asfalta, daşa, divara, reklam roliqlərinə, tarixi mühitə deyil, həm də bir şəhərin energetik, ruhsal ərazisinə də daxil olub. Bu gözəlliyin fərqində olan insan, dərk edə bilir ki, Təbriz kimi şəhərlərin karmasıyla da Allaha gedən yolu əlinə alıb gedə bilər. Niyə, çünki, bir coğrafi məkan həm də bir mədəniyyət və insanlıq məkanıdır. Təbriz insanının azadə ruhi heç vaxt varlığı eşqlə çarpışan, tutuşan kəsi Allaha gedən yolda ümidsiz qoymaz.
Təbriz bu gün tarixi məkandan daha çox, insan, ruh, eşq, azadlıq, sevgi məkanıdır.
Adamların ruhaniyyət, batiniyyət tərəfi olduğu kimi, bu torpaqdan yaranmış insan dərk edir ki, hər bir coğrafiyanın öz karması olur.. Bu karma o zaman gücə, xeyriyliyə işləyir ki, o coğrafiyada yaşyan insanların, toplumların, mədəniyyətlərin aurasında xeyir energetikası daha çox üstünlük təşkil eləmiş olsun. Əks təqdirdə insanların ruhaniyyət və mənəviyyatlarında, vicdanlarında aşınma prosesi getdiyində həmin coğrafiyadakı şəhər nə qədər qədim olursa olsun, insanların həyatına, taleyinə yamanlıq, şər, uğursuzluq sindiromunu hakim qılınır, insanlar arasında ögeylik kultu formalaşır. Bu baxımdan insan şəhərə deyil, şəhər insana tabe olur. Şəhər insanın varlıq öndərliyində İlahi bağlantının haqqını ititirmir. Şəhər insanlaşır.Şəhər o zaman insanlaşır ki, qoyununda dadlandırıb duzlandırdığı insanın xoş enerjisinə, müsbət mənəviyyatına yenilir, onun inancı müqabilində yüksək bir müstəviyyə qaldırdığı ruhuyla qidalanmağa başlayır. Bu nöqtədən yanaşdığımızda, Təbriz şəhəri bunların dışında qalmış bir şəhərdir. Çünki o nə insanlardan, sakinlərdən müsbət inpulus qəbul edə bilir, nə də bu proses baş vermədiyindən, insanları bu şəhərin karmasında xeyrin sərgüzəştlərini yaşaya bilirlər. Belə bir məqamda, alternativ çıxış yolu, toplumun o yerdən, şəhərdən köç etməsi deyil, insanların yaşamına, düşünməsinə, yaradıcı, quruculuq potensialına imkan verib, şəraət yaratmaq lazımdır. Bir şəhərdə müntəzəm şəkildə yaşayış varsa, o şəhər təzələnməlidir. Küçələri, daşları, parkları, bulaq və nehirləri, evləri, binaları, sarayları ən azından hər 20-30 ildən bir təzələnməli, yeni süs bu düzən, arxitektura cizgiləriylə “təmin” olunmalıdır. Bir şəhər qədimsə, qədim memearlıq kompleksləri uzun əsrlərdən keçib günümüzə öz şəhadətini gətiri çıxarıbsa, onu sadəcə qorumaq gərəkir, orda yaşamaq şəhərin sakit uyuma tərzinə daş atmaq, şəhərə sataşmaq kimidir. O zaman şəhər başlayıb səni, məni, hamımızı cəzalandırırar. Şəhərin cəzası o qədər çeşidlərə sahibdir ki, saymaqla qurtara bilməz və bu cəzaları, sözün doğrusu dərk eləmək qorxuncdur. Təsəvvür edin bir məkana zaman –zaman yüzlərlə nəslin, düşüncəsi, fikri, xəyalı, hissi, duyğusu, yaşantısı, hətta taleyi, qədəri hopur və bu hopuş hər dönəmlə reaksiya halında özünə daha fərqli idarə edici missiyon biçmiş olur. Ən gözəli qədim görüntülərlə süslənmiş köhnə bir şəhəri yalnız uzaqdan- yaxından gəlib ziyarət etməklə sakitləşdirib taleyimizdə dönüş yarada bilərik. Niyə, ona görə ki, bu qədim dediyimiz şəhərlər nəsillər keçidindən toparladığı insanın mədəniyyət enerjisini bir arada tutma imkanına sahibdir. Ikincisi, bu enerjiləri bir-birinə qarşı qoymaqla deyil, bir -birindən barındırıb mehriban şəraitdə “dolanışığını təmin etmə” səriştəsinə sahib olur. Belə bir güc oyununda balansı qoruyan şəhər əziz, müqəddəs, qut-sallıq taleyindən bizi özünə bağlayar, özündən asılı hala salar. Eynən içəri şəhər kimi.
Təbriz isə, ayrı dərd, ayrı bir hadisə, ayrı bir mədəniyyətdir. Təbrizdə nəsillər yenilənməklə, təzələnməklə və bunlarla birgə yaşamaqla şəhər statusunu qorumaq zorundadır.

Baxış sayı: 726