Siyasət
03.09.2015 / 13:42

ATƏT sədrinin nümayəndəsi narahatdır

ATƏT sədrinin nümayəndəsi narahatdır
Anji Kaspşik Ermənistan müdafiə nazirinin müavini David Tonoyanla görüşüb
Ermənistan müdafiə nazirinin müavini David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş sentyabrın 2-də axşam saatlarında Yerevanda keçirilib.
Xəbərə görə, tərəflər son günlər Ermənistanla Azərbaycanın dövlət sərhədində baş verənləri və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki təmas xəttindəki vəziyyəti müzakirə ediblər.
Anji Kaspşik sərhəddə və təmas xəttində baş verənlərdən narahat olduğunu bildirib.
David Tonoyan sentyabrın 3-6-da Ermənistanın keçirəcəyi "Şant-2015" hərbi təlimi ilə bağlı ATƏT nümayəndəsinə məlumat verib.

Baxış sayı: 296