İqtisadiyyat
03.09.2015 / 09:34

ABŞ və Avropa fond bazarında əsas indekslər artıb

ABŞ və Avropa fond bazarında əsas indekslər artıb

Amerika fond bazarında Dow Jones indeksi 1,82% - 16 351,32 bəndədək, NASDAQ 2,46% - 4 749,98 bəndədək, S&P 500 1,83% - 1 948,86 bəndədək artıb.

“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,41% - 6 083,31 bəndədək, Fransa CAC-40-ı 0,30% - 4 554,92 bəndədək, Almaniya DAX-ı isə 0,32% - 10 048,05 bəndədək artım nümayiş etdirib.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,00 dollar azalaraq 1 132,60 dollara, gümüş isə 0,01 dollar bahalaşaraq 14,68 dollara satılıb.

Baxış sayı: 261