Din
02.09.2015 / 20:16

Starburqda dini icmaların tədbiri olacaq

Starburqda dini icmaların tədbiri olacaq Fransanın Elzas regionunda fəaliyyət göstərən və Fransa yəhudilərinin bütün dünya üzrə mədəni səfərlərini təşkil edən “Valiske” yəhudi cəmiyyətinin təşəbbüsü ilə sentyabrın 6-7-də Strasburq şəhərində Azərbaycandan dəvət olunmuş dini icmaların yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir neçə tədbir keçiriləcək.

Azərbaycandan bu tədbirlərə Dini Qurumlarla iş üzrə Dövlət Komitənin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Beynəlxalq məsələlər üzrə şöbə müdiri Nicat Məmmədli dəvət olunublar. Bundan əlavə, “Valiske” yəhudi cəmiyyətinin sədri xanım Regine Vaksman, Yahudi-Elzas Müzeyinin Dostları cəmiyyətinin sədri Jilber Vell, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və səfirliyin katibi Həbib Hacıyev də bu tədbirlərdə iştirak edəcəklər.

Inform.az

Baxış sayı: 217