Mədəniyyət
02.09.2015 / 17:41

Ən çox turist qəbul edən məkan

Ən çox turist qəbul edən məkanÖtən 3 ay ərzində Gəncənin ən çox turist qəbul edən tarixi məkanı Nizami Gəncəvi Məqbərə kompleksi olub. İnform.az "SIA"aya istinadən xəbər verir ki, məqbərəni ümumilikdə 4010 nəfər ziyarət edib. Onlardan 805 nəfərini şagird və tələbələr, 505 nəfərini isə xarici turistlər təşkil edib. Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi ümumilikdə 500-ə yaxın yerli və xarici ziyarətçi qəbul edib. Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq muzeyi isə xüsusən yerli ziyarətçilərin diqqətində olub. 3 ay ərzində muzeyi 174 nəfər ziyarət edib ki, onlardan 164-ü yerli, 10 nəfəri isə xarici ölkə vətəndaşlarıdır. Digər mədəniyyət ocaqlarına nisbətən daha gənc olan Məhsəti Mərkəzi də bu yay diqqətdən kənarda qalmayıb. “Bu yay ərzində, təşkil olunan tədbirlərdə iştirak edənlərlə birlikdə, mərkəz 600-dən çox ziyarətçi qəbul edib. Bunlardan 50-yə yaxını xarici vətəndaş, yerdə qalanı isə yerli vətəndaşlar olub. Muzeydə miniatür obrazlar, heykəltəraşlıq nümunələri, eyni zamanda oxu zalı, elektron kitabxana, milli musiqi alətləri və milli geyimlər sərgisi və bu kimi eksponatlar gələn turistlərin diqqət və marağına səbəb olub" - deyə, Zərifə Xasayeva bildirib.

Baxış sayı: 419