Sosial
02.09.2015 / 12:02

683 cütlük tibbi müayinədən keçirilib

683 cütlük tibbi müayinədən keçirilibQəbul olunmuş müvafiq qanuna əsasən nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçirilməsinə Gəncədə də ciddi yanaşılır. Müayinə olunmaq üçün müraciət edən cütlüklərə ən geci iki həftə ərzində məlumat verilir.

Şəhər səhiyyə idarəsindən "azərtac"-a verilən məlumata görə, üç ay ərzində 683 cütlük tibbi müayinədən keçirilib. Müayinə olunan gənclərin 24-nün talassemiya daşıyıcısı olduğu aşkarlanıb və onlar müalicəyə cəlb edilib.

İnform.az

Baxış sayı: 277