İqtisadiyyat
02.09.2015 / 11:17

Türkiyədən Azərbaycana idxal kəskin azalıb

Türkiyədən Azərbaycana idxal kəskin azalıbTürkiyədən Azərbaycana ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,7% azalaraq cari ilin avqust ayında 147,5 mln. dollar təşkil edib.
İnform.az "Report"un Türkiyə İxracatçılar Məclisinə istinadən verdiyi xəbərə görə bildirir ki, cari ilin yanvar-avqust ayları ərzində isə ixrac illik müqayisədə 26,15% azalaraq 1 822,2 mln. dollardan 1 345,7 mln. dollara düşüb. Qurumun açıqladığı rəqəmlərə əsasən, avqustda ixracın 84,9 mln. dolları və ya 57,6%-i, cari ilin yanvar-avqust ayları ərzində isə 835,1 mln. dolları və ya 62,1%-i İstanbuldan həyata keçirilib.
Türkiyə İxracatçılar Məclisinin hesabatında bildirilir ki, avqust ayında ölkənin məcmu ixracı ötən ilin eyni ayı ilə müqayisədə 4,9% azalaraq 10 483 mln. dollar təşkil edib. Yanvar-avqust aylarında isə ixrac illik 8,9% azalma ilə 95 135,7 mln. dollara enib.

Baxış sayı: 267