Sosial
02.09.2015 / 10:17

İcbarı sığorta ilə bağlı ödənişlər 20% azalıb

İcbarı sığorta ilə bağlı ödənişlər 20% azalıb
Bu ilin avqust ayı ərzində Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
"Report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 20,4%, sığorta ödənişlərinin məbləğində isə 19,8% azalma müşahidə edilib.
Hesabat ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 213 manat təşkil edib.
Sığorta ödənişlərinin 1 665,2 min manatı nəqliyyat vasitəsi, 32,8 min manatı əmlaka, 61 min manatı sağlamlığa dəyən zərər, 140 min manatı şəxsin ölümü ilə bağlı olub.
Avqust ayında İSB tərəfindən 10 kompensasiya tələbi üzrə 34 263 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

İnform.az

Baxış sayı: 310