Dünya
01.09.2015 / 22:58

Əfqanıstanda terror aktı

Əfqanıstanda terror aktı Əfqanıstanın Qəznə vilayətində yol kənarına yerləşdirilən bombanınn işə düşməsi nəticəsində 6 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

Həlak olanların ikisi qadın, üçü uşaq, biri isə kişidir. Yaralananların hamısı isə azyaşlı uşaqlardır. Həlak olanların hamısı bir ailənin üzvləri olub.

Hadisəni Taliban qruplaşmasının törədiyi ehtimal edilir.

İnform.az

Baxış sayı: 337