Dünya
01.09.2015 / 14:12

ABŞ Rusiyaya sanksiya tətbiq edə bilər

ABŞ Rusiyaya sanksiya tətbiq edə bilər
ABŞ kiberhücumlara görə Çinlə yanaşı, Rusiyaya qarşı da sanksiyaların tətbiqini nəzərdən keçirir.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə adlarının açıqlanmasını istəməyən amerikalı məmurlar bildirib. Sanksiyalarla bağlı hələlik yekun qərar yoxdur.
Rusiyanın ABŞ-dakı səfirliyindən isə məsələyə münasibət bildirilməyib.
Qeyd edək ki, daha əvvəl Ağ Ev administrasiyasının kiber hücumlar vasitəsilə milyonlara amerikalının şəxsi məlumatlarının oğurlanmasında günahkar olan Çin şirkətləri və sahibkarlarına qarşı iqtisadi sanksiyalar paketi hazırlaması barədə məlumat yayılıb.

İnform.az

Baxış sayı: 258