Dünya
01.09.2015 / 07:00

Merkel Türkiyədən razı qalıb

Merkel Türkiyədən razı qalıbÖtən gün Almaniya Baş naziri Angela Merkel, paytaxt Berlində jurnalistlərin daxili və xarici siyasət mövzularındakı suallarını cavablandırıb. İnform.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Merkelə əsasən qaçqın problemi ilə əlaqədar suallar ünvanlanıb.

Verilən suallara cavab olaraq xanım kansler Türkiyənin qaçqın probleminin həll edilməsi istiqamətində mühüm rol oynadığını bildirib.

Türkiyə -Suriya sərhədində təxminən 2 milyon, Türkiyənin içində isə bundan dəfələrlə çox qaçqının olduğunu xatırladan Merkel, “Türkiyə, qaçqın probleminin həlli mövzusunda son illərdə çox şey edib və bu gün də etməyə davam edir. Türkiyənin son illərdə etdiyinin qarşısında hörmətimi ifadə edə bilərəm”-deyə qeyd edib.

Bununla yanaşı o, bildirib ki, Almaniya qaçqın probleminin həll edilməsi istiqamətində də Türkiyəyə yardım edəcək və yaxın gələcəkdə bu barədə iki dövlət arasında danışıqlar aparılacaq.

Baxış sayı: 363