Mədəniyyət
31.08.2015 / 15:09

Azərbaycan nümayəndələri Moskvada teatrında

Azərbaycan nümayəndələri Moskvada teatrındaAzərbaycanın gənc teatr xadimləri sentyabrın 11-dən 15-dək Moskvada keçiriləcək "Artmiqrasiya 2015" III-cü Ümumrusiya gənclərinin teatr forumunda iştirak edəcəklər.
Onun sözlərinə görə, Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova və aktyor Eşqin Quliyev, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev, Rus Dram Teatrının aktyoru Teymur Rəhimov festivalda iştirak edəcək: "Mən də festivala qatılacam".
Gənclərin teatr forumunun təşkilatçısı Rusiya Teatr Xadimləri İttifaqıdır.
Festival-forumun məqsədi gəncləri sənət yaradıcılığında ruhlandırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə işrtirak etmək, həmçinin müxtəlif teatr layihələrində birgə fəaliyyət göstərməkdən ibarətdir.
Teatr forumunda Rusiya, MDB və Baltikyanı ölkələrdən gəlmiş gənc teatr mütəxəssisləri iştirak edəcək.
"Artmiqrasiya" festivalında gənc rejissorların səhnəyə qoyduğu tamaşalar nümayiş etdiriləcək.
Rusiyanın müxtəlif şəhərlərindən festivala qatılmaq üçün 70-dən artıq ərizə daxil olsa da, ekspertlər 5 tamaşanın nümayişini forumun proqramına daxil ediblər.
Teatr forumunun xüsusi proqramı da tərtib edilib. Proqrama festival iştirakçıları və akkreditasiyadan keçmiş jurnalistlər üçün teatr tamaşaları, konsert proqramları daxil edilib.
Azərbaycandan gedəcək teatr nümayəndələri ustad dərslərində iştirak edəcəklər.



Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 323