İqtisadiyyat
31.08.2015 / 12:37

Qaz nəqli ilə bağlı danışıqlar gedir

Qaz nəqli ilə bağlı danışıqlar gedir "Bolqarıstan Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a birləşəcək kəmər inşa etmək niyyətindədir"

"Energetika sahəsi Azərbaycanla Bolqarıstanın əməkdaşlığının əsas istiqamətlərindən biridir. Bolqarıstan Azərbaycan qazının alınmasında maraqlıdır".

Məlumata görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bildirib.

Diplomat qeyd edib ki, Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı planlaşdırır: "Gələn il isə bu həcm artırıla bilər".

E. Kərimov bildirib ki, hazırda Azərbaycan qazının Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə nəql olunması ilə bağlı danışıqlar davam etdirilir: "Bolqarıstan Azərbaycan qazını Avropaya çatdıracaq TAP-a birləşəcək kəmər inşa etmək niyyətindədir. Bununla da, Bolqarıstan Azərbaycandan qaz almaq imkanı əldə edəcək".

İnform.az

Baxış sayı: 291