Mədəniyyət
31.08.2015 / 11:05

Qorxu filmlərinin rejissoru vəfat etdi

Qorxu filmlərinin rejissoru vəfat etdiMəşhur amerikalı aktyor Ues Kreyven bazar günü Los-Ancelesdə 76 yaşında vəfat edib.
Kreyven dəhşət filmləri janrının klassiklərindən hesab olunurdu. 1972-ci ildə çəkdiyi “Soldan sonuncu ev” debüt filmi ona şöhrət gətirib. Rejissor dünya şöhrətini isə “Qarağac küçəsində dəhşət” (1984) filmindən sonra qazanıb. O, həmçinin son dövrlərdə çəkilən silsilə “Çığırtı” filmlərinin rejissorudur.
Kreyven öz karyerası ərzində təqribən 30 film ekranlaşdırıb.


Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 401