İdman
31.08.2015 / 10:03

Maksim Averindən "Rio"ya növbəti lisenziya xalları

Maksim Averindən "Rio"ya növbəti lisenziya xallarıAzərbaycanın kontinental velosiped komandası "Synergy Baku" növbəti Avropa turunda mübarizə aparıb. Velosipedçilərimiz avqustun 30-da Xorvatiyanın paytaxtı Zaqrebdə start götürməklə Sloveniyanın Novo Mesto şəhərində yekunlaşan birgünlük "Klassik Xorvatiya-Sloveniya" yarışında iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə iştirakçılar 178 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərindən 5 nəfər - Maksim Averin, Yannis Tamuridis, Markus Eybeger, Samir Cəbrayılov və Matey Müqerli finişi yarış qalibi, Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçiblər - 4 saat, 5 dəqiqə, 6 saniyə.

Fotofinişə əsasən velosipedçilərimizdən ən yüksək nəticə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Maksim Averinə məxsusdur - 7-ci yer. Bu isə təmsilçimizə Rio-2016 Yay Olimpiya Oyunlarına daha 6 lisenziya xalı qazandırıb. Bununla da Maksimin 4 illiyin zirvə yarışında iştirak üçün topladığı xalların sayı 148-ə çatıb.

İnform.az

Baxış sayı: 352