İqtisadiyyat
31.08.2015 / 09:14

Neft ucuzlaşıb

Neft ucuzlaşıbNyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,79 dollar azalaraq 44,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,99 dollar azalaraq 49,06 dollar olub.

"Azeri Light" markalı neftin bir barrelinin qiyməti isə 44 dollar 46 sent təşkil edir.

Beynəlxalq Energetika Agentliyi gündəlik istehlakın daha 1,4 milyon barrel artacağı bir dövrdə OPEK və onun de-fakto lideri Səudiyyə Ərəbistanının öz bazarını genişləndirmək imkanı qazanacağını bildirir. Neftin qiymətinin kəskin düşməsi nəticəsində rəqiblərin zərərə düşməsi də onların bazarı genişləndirməsinə kömək edəcək. OPEK-in proqnozlarına görə, 2015-ci ildə günlük neft istehlakı 92,6 milyon barrel təşkil edəcək.

İnform.az

Baxış sayı: 400