Şərhlər
29.08.2015 / 17:09

Mavi ekranın “Qara Almaz”ı

Mavi ekranın “Qara Almaz”ı
Xəyalə ƏLİYEVA / İnform.az


O şanssız doğulanlardandır; həm zənci, həm qadın, həm də yoxsul...

Opra Uinfri 1954-cü ildə Missisipi ştatının Kosçiasko şəhərində kasıb bir cütlüyün nikahdankənar doğulan qızı kimi dünyaya gəldi.Anası Vernita Lee xidmətçi, atası Vnmon Uinfri isə Opra doğulduğunda silahlı qüvvələrin bir üzvü idi. Bu qara qızın adını İncildə adı çəkilən Orpanın şərəfinəqoymuşdular. İlk dəfə uşağa qoyulan bu adın Orpamı, yoxsa Opramı tələffüz ediləcəyini bilmədiklərindəndoğum səhadətnaməsindən başqa bütün sənədləşmənihəyata keçirən şəxs yanlışlıqla hərflərin yerini dəyişik yazması nəticəsində Orpa Opraya çevrilib -“p” hərfi yanlışlıqla “r” hərfindən öncə yazılıb. Gələcək ulduzun doğumundan qısa müddət sonra cütlük ayrıldı. Vernita Lee Opranıda götürüb əyalətin şimalına ata evinə qayıtdı. Opra həyatının ilk altı ilini nənəsi Anita Maenin yanında yoxsulluq içərisində keçirdi. Hərdən atası balaca qızını ziyarət edirdi. Anasıyla atasının arasında qalan balaca qızcığazın həmin çətin günlərində yeganə sığınacağı və sirdaşı kitablar oldu. O, təhsilin insan taleyini necə dəyişdirməyə qadir olduğunu da elə o günlərdə başa düşdü. Opra məktəbdə özünün qabiliyyəti, bacarığı, istedadı və zəhmətsevərliyi ilə diqqəti öz üzərində cəmlədi.
Opra iki sinfi II və YII sinfi oxumadan daha yuxarı sinfə keçirilmişdi.Çünki məktəbin ən yaxşı oxuyanı idi və on üç yaşında şəhərin ağdərili şagirdlərinin oxuduğu samballı bir liseydə oxumaq üçün təqaüd almağa müvəffəq olur. Məktəbdə uğurlar əldə edən Opranın üsyankar bir xarakteri var idi. Dəfələrdə evdən qaçan bu qız , nəhayət, on dörd yaşı olanda anası onu Naşvillə, Tennessiyə atasının yanına göndərir. Bu ərəfələrdə isə bu qızcığaz öz bacarığı ilə təqaüdlə təhsil almağa nail olur.
Tale çətin uşaqlıq dövründən sonra onun üzünə gülməyə başlayırdı. Məktəbin ən yaxşı şagirdi olan Opra hətta məktəbdə keçirilən gözəllik müsabiqələrində də qara dərili ən gözəl qız statusunu qazandı.Bununla yanaşı liseydəkeçirilən natiqlik yarışmasını qazandı, dramatik şərh sahəsində II yeri əldə etdi və bununla da Tennessi Əyalət Universitetində oxumaq üçün təqaüd əldə etdi. Opra bütün sahələrdə aktiv idi. O, əyalətdə keçirilən bütün yarışlara can atırdı. On səkkiz yaşındaykən “Miss Black Tennessee Beauty Pageant” (Qaradərili Tennessi gözəllik yarışması) qazandı. Mavi ekranın “Qara Almaz”ı
Elə həmin illərdə Naşvilldəki yerli radio stansiyasına öz natiqlik qabliyyətini göstərmək üçün müraciət edir. Uinfriyə bir pyesi səsləndirmək təklif edilir.Radio rəhbərliyi onun səsini vəifasını elə bəyənirki, radioda gün ərzində yenilikləri oxumağı ona etibar edirlər. İki ildən sonra, Tennessi Dövlət Universitetinin ikinci kursunda oxuyanda, O, Naşvilldə ilk zənci aparıcı olaraq işə qəbul edilir.O yorulmadan çalışırdı, əziyyətlərə dözür, özü özünə söz verib mübarizədən geri addım atmırdı. Universiteti bitirən kimi Opra radiodan çıxıb Baltimorda bir Televiziya kanalında müxbir kimi işləməyə başlayır.Elə ilk gündən onun dəst-xətti, üslübü həmkarlarından seçilirdi.Televiziyada dəyişilməz bir qanun var ki, müxbirlər, öz mövqeylərini bildirməməli və özlərini soyuqqanlı aparmalı idilər. Opra isə kədərli xəbərlərdə göz yaşları ilə, gülməli xəbərləri isə gülə-gülə təqdim edirdi.Ekrandakı bu fərqli üslub getdikcə daha çox adamın diqqətini cəlb etməyə başlayırdı. Xalq televiziyadakı bu yeni simanı özündən biri kimi qəbul edir,televiziyada öz təmsilçiləri olaraq görürdülər.
1983-cü ildə Opra İllinoys əyalətinin Çikaqo şəhərində populyar olmayan yarım saatlıq bir səhər tok-şousu olan AM Çikaqo-nun aparıcısı oldu. Bir neçə ay içərisində proqram Çikaqonun ən reytinqli verilişinə çevrildi.Bu verilişdə reyting toplayan gənc teleaparıcı , öz proqramını yaratmaq qərarına gəlmişdi.
1986-cı ildə artıq Amerikada yeni-yeni tanınan Uinfri “Opra Uinfri Şou” proqramını təqdim etməyə başlayanda artıq otuz iki yaşı vardı.Cəmi iki ildən sonra artıq bir çox ölkədə yayımlanmağa başlayan proqram o dövrün televiziya ulduzu Filipp Con Donahuenin aparıcısı olduğu və ABŞ teleməkanında ilk tok-şou olan Donahuenin şousunu kölgədə qoymuşdu.Hamı mavi ekranların bu qaradərili qızından danışırdı. Onun proqramı gündüzlər yayımlanan ən reytinqli şouya çevrildi. O, televiziya məkanına yenilik gətirdi.
Yayımlanmağa başladığı 1986-cı ildən etibarən birinciliyini qoruyub saxlayan “Opra Uinfri Şousu”nu, hər həftə sadəcə Amerikada qırx altı milyon insanizləyir.Bu layihə yüz otuz dörd ölkədə yayımlanır.

Opra elə bir nüfuz qazanmışdı ki, qadınlar ona heyranlıq bəsləməklə yanaşı, onu öz rəfiqələri sayırdılar. Onun ən böyükuğuru “söhbət, dərdləri paylaşmaq və yol göstərmək” prinsipinə əsaslanan səmimi üslubu televiziya məkanına gətirməyi idi. Bu, həmin dövrdə bir inqilab idi. Onun proqramı zorlanmış, fəqət bunu hamıdan gizlədən insanlar, narkotik maddələr üzündən problemlərlə qarşılaşan çarəsizlər öz sirlərini açıb danışır, və bir növ bu məkan öz günahlarını etiraf etdikləri bir mərkəzə çevrilirdi. Proqramına çağırdığı qonaq kədərli bir əhvalat danışanda Opra ağlayır və onu qucaqlayırdı. O, bütün hərəkətlərində o qədər səmimi idi ki, hətta televiziya tənqidçiləri belə ona rəğbətlə yanaşırdılar. Tənqidçilər onun haqqında belə deyirdilər: “Opra Uinfri başqalarından daha kəskin, daha ağıllı, daha səmimi və tamaşaçılarına, bəlkə də bütün dünyaya daha yaxşı uyğunlaşmış bir televiziya ulduzudur.”
O, öz proqramında həm maarifləndirir, həm də əyləndirirdi. İnsanlar onun proqramından müsbət emosiya aldıqlarını deyirdilər.Bir dəfə “Dəli dana” epidemiyası yayıldığı vaxt, onun “Daha bir hamburqer yeməyimə mane olun!” sözü şüara çevrildi. Opranı ət sənayesi təmsilçiləri məhkəməyə verərək, ondan milyonlarla dollar kompensasiya tələb etdilər. Onlar məhkəmədə Opranın bu açıqlamasının ət sənayesiniböhrana səbəb olduğunu iddia edirdilər. Ancaq Opra sadə insanları maarifləndirdiyini iddia edərək, onların qarşısından geri çəkilmədi və məhkəməni qazandı.

Opra özünün çətin şəraitdən çıxmasında böyük rol oynayan təhsili, “azadlığa açılan bir qapı” adlandırır, bu mövzunu daim gündəmdə saxlayır. Televiziyadan qazandığı pullarla təsis etdiyi Opra Uinfri Fondu sayəsində O, təhsil, ailə, qadın və uşaq mövzusunda yüzlərlə təşəbbüsə dəstək verir. Daha yaxşı təhsil almağa layiq olduqları halda buna imkanları olmayan şagirdlərin təhsil şəraitlərinin yaxşılaşdırılması üçün Opra milyonlarla dollar xərcləyir və məktəblər tikdirir. Təsisçisi olduğu “Opra Uinfri təqaüd proqramı” sayəsində öz təhsillərini Amerikada və xaricdə davam etdirmək istəyən tələbələrə təqaüd verir və təkbaşına, demək olar, bütöv bir Təhsil Nazirliyi kimi işləyir.

O, Cənubi Afrikanın əfsanəvi lideri Nelson Mandelaya verdiyi vədə sadiq qalaraq2002-ci ilin dekabrında “Güney Afrika milad mərhəməti — 2002” təşəbbüsü nəticəsində Cənubi Afrika Respublikasının çöllərindəki məktəbləri təmir etdirdi, əlli min şagirdə ərzaq, paltar, idman ayaqqabısı, dəftərxana ləvazimatı, kitab və oyuncaqlardan ibarət sovqatlar payladı. Yenə bu təşəbbüs çərçivəsində altmış üç məktəbdə kitabxana təşkil edildi və müəllimlərə təqaüd verildi. O, zəngin insanlar üçün “pullarınızın kiçik bir hissəsi ilə ehtiyacı olan minlərlə insanın yaşamını dəyişə, onları həyata qaytara bilərsiniz” ismarıcını verirdi. O, dünya zənginlərinə “pulunuzun bir hissəsini ehtiyacı olanların təhsilinə, dünyanın gələcəyinə xərcləyin” çağırışları edirdi.Opra orada qırx milyon dollara başa gələn“Opra Uinfri Qız Liderlik Akademiyası açdı. Bu akademiya hələ də Afrika qitəsində ən yeni texnologiyailə təmin edilmiş elm-təhsil mərkəzi olaraq, istedadlı qızlara ən yüksək səviyyəli təhsil almaq imkanı verir.
Mavi ekranın “Qara Almaz”ı
İnsanlaronuoqədərsevir, oqədəretimadgöstərirlərki, məsələn, Opranın özünün internet səhifəsindəki kitab klubunda tanıtmaq üçün seçdiy ikitablar dərhal bestseller olur. Hərhalda “BusinessWeek” jurnalı hesab edirki, onun kimi kitab satışını artıra bilən ikinci adam yoxdur. Onun kitab klubunun 1 milyon nəfər üzvü var. Bunun nə demək olduğu yəqin, hamı üçün aydındır.2007-ci ildə tanınmış Amerika yazıçısı Kormak Makkarti ilk televiziya müsahibəsini ona verib. Opra onun “Yol” əsəri haqda veriliş hazırlayıb. Çox keçməmiş həmin əsər Pulitser mükafatına layiq görülüb.
Yazıçı-jurnalist Katlin Runi özünün “Opra ilə mütaliə: Amerikanı dəyişən kitab klubu” məqaləsində yazır ki, Uinfri elektron mediadan – xüsusilə televiziya və internetdən istifadə edərək milyonlarla kitab oxumayan insanda əlinə kitab alıb mütaliə etmək həvəsi yaradıb.
“Qara Almaz”ı dünyaya tanıdan"The Oprah Winfrey Show"su 25 illiyi 2011-ci ildə tamam olanda aparıcı verilişi dayandırmaq qərarına gəlir. Çikaqo şəhərində teleaparıcının yüzlərlə pərəstişkarı proqramın sonuncu buraxılışında iştirak bileti əldə etmək üçün günlərlə növbə tutmalı olur.Tamaşaçıları ilə vidalaşan Opra Uinfriyə 13 min pərəstişkarı onun üçün vida mahnısı səsləndirdi bu musiqi Opranı kövrəltdi.

“Həyatınızda nəyi isə müsbət istiqamətdə dəyişmək üçün səy göstərin” deyən bubənzərsiz televiziya ulduzu, heyranlıqla qarşılanan missiyasını hələ də davam etdirməkdədir.Opranın 2011-ci ildə öz proqramını bitirəcəyi ilə bağlı xəbərlər onun milyonlarla tamaşaçısını dərindən narahat edirdi.Onlar ailələrinin əziz üzvünə çevrilmiş Opranın proqramını dayandırmasını istəmirdilər.
Uinfri öz işçilərinə qarşıda çox səxavətlidir. milyarder qadın ad günündə gəmi iləAralıq dənizi səyahəti təşkil edib və özüylə 1700 işçisini də götürüb səyahətə çıxıb.O hər bir işçısı bir günə yeddi min dollar pul xərcləyib.

ABŞ prezidenti Barak Obamanın seçkilərdəki qələbəsinin əsas səbəbkarları arasında ön sırada durur. O, XX əsrin ən zəngin qaradərili amerikalısı və Maykl Ceksonun ölümündən sonra dünyada tək qaradərili milyarderdir. “Forbes”in yazdığına görə, o, 2,7milyard dollarlıq bir sərvətin sahibidir. Dərginin hazırladığı “dünyanın ən nüfuzlu 100 qadını” siyahısında isə O, Amerikanın birinci xanımı Mişel Obama, Kraft Foods qida məhsulları şirkətinin Baş Direktoru İren Rozenfelddən sonra üçüncü yerdədir. İyirmi beş illik televiziya aparıcıs ıvə media maqnatı son beş ildə 1.35 milyard dollar qazanıb. O, dünyanın ən nüfuzlu 100 qadını siyahısında ölkəsinin dövlət katibi Hillari Klintonu vəAlmaniyanın kansleri Angela Merkel iqabaqlayaraq, 3-cü sıraya yüksəlib.

Amerikanın «Forbes» jurnalının illik ənənəvi 100 ən böyük təsirə malik şou-biznes nümayəndəsi ilə bağlı reytinq siyahısında I yeri amerikalı teleaparıcı, milyarder Opra Uinfri tutub. «Forbes»in hesablamalarına görə, son 12 ayda Opra 315 milyon dollar qazanıb. Onun bu uğurunda həyata keçirdiyi media layihələri önəmli rol oynayıb.
Qadın haqlarından danışmağı çox sevən və bu istiqamətdə fəal bir xadim olan Opra Amerika Televiziya Akademiyası tərəfindən elan edilən “Emmi” mükafatına layiq görülən ilk şəxs olub. Amerikalılar arasında keçirilən “Kim olmaq istərdiniz?” sorğusunda iştirakçı amerikalıların 25%-i məhz onun adını çəkib.

“Həyatda ən böyük sirr, əslində böyük bir sirrin olmamasıdır. Məqsədiniz nə olursa-olsun, ona ancaq çalışaraq çata bilərsiniz.”

Onun baş rolda oynadığı filmlər isə yaddaşlardan silinmir məşhur rejissor Stiven Spilberqin 1985-ci ildə çəkdiyi “Bənövşəyi rəng” (The Color Purple) filmindəki Sofiya obrazını hələdə xatırlanır Opranın baş rol aldığı “Qadınlar qanadsız olanda” (1997) (Before Women Had Wings), “Burada uşaq yoxdur” (1993) (The Are No Children Here), “Bryusterin qadınları” (1989) (The Women of Brewster Place) filmləri dünya kino tarixində özünəməxsus yer tutur.

Televiziya kraliçası otuz ildir Stedman Qraham ilə qeyri rəsmi nikahda yaşayırlar. Bir neçə il əvvəl isə 61 yaşlı Opra həyatının bütün mərhələlərində onunla birgə olan bu kişi ilə otuz ildən sonra nişanlanıb.

Baxış sayı: 708