İqtisadiyyat
28.08.2015 / 19:03

Rövnəq Abdullayev Abad kəndində

Rövnəq Abdullayev Abad kəndində
SOCAR-dan İnform.az-a verilən məlumata görə, bu gün Salyan rayonunun Abad kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, “Azəriqaz” İstehsalat Birliyi, Salyan Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

673 abonenti olan Abad kəndinin qazlaşdırılması üçün ümumi uzunluğu 87 kilometr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib.

Baxış sayı: 226