Siyasət
28.08.2015 / 17:45

Oqtay Əsədov ABŞ-a səfər edəcək

Oqtay Əsədov ABŞ-a səfər edəcək Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da ABŞ-ın Nyu-York şəhərinə yola düşəcək.

MM-dən verilən məlumata görə, tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, parlamentlərin işində gender bərabərliyinin təşviqi, parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.

İnform.az

Baxış sayı: 410