Sosial
28.08.2015 / 13:15

Səlim Müslümov vətəndaşları qəbul edib

Səlim Müslümov vətəndaşları qəbul edib Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tovuz rayonunda bu rayonun və Ağstafa, Qazax, Şəmkir, Gədəbəy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlər əsasən məşğulluğun təminatı, bərpa müalicəsinə köməklik göstərilməsi, mənzil və minik avtomobilləri ilə təmin olunma, müxtəlif sosial təminat növlərinin təyinatı və s. məsələlərə aid olub. Hər bir müraciət diqqətlə dinlənilib və nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb.

S. Müslümov müraciətlərdə qaldırılan məsələlərlə bağlı qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, müvafiq hallarda vətəndaşlara ətraflı hüquqi izahatların verilməsi və s. barədə göstərişlər verib.

İnform.az

Baxış sayı: 305