Sağlamlıq
15.06.2015 / 09:30

Qoz və yerfındığı xərçəng riskini azaldır

Qoz və yerfındığı xərçəng riskini azaldırGün ərzində cəmi 15 qram qoz və yerfındığı yemək tənəffüs sistemi xəstəlikləri, ürək çatışmazlığı, diabet və xərçəngdən erkən ölüm hallarını azaldır. İnform.az-ın RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə “International Journal of Epidemiology” jurnalında dərc olunan məqalədə deyilir.

Niderlandın Maastrixt Universitetinin əməkdaşları olan məqalə müəlliflərinin apardığı təcrübə göstərir ki, gəliri, təhsili və pis vərdişləri eyni olan hollandlarla müqayisədə gün ərzində çox az sayda qoz yeyən hollandlarda ağciyər və tənəffüs, diabet və neyrodegenerativ xəstəliklərdən ölüm halları daha az müşahidə edilir.

Oxşar, amma bir az effektsiz nəticə xərçəng və ürək-damar xəstəliklərində də müşahidə edilib. Bu cür yaxşı effektin səbəbi qoz və yerfındığının tərkibində çoxlu sayda doymamış yağ turşuları, antioksidantlar, vitaminlər və ürək hüceyrələrini qocalmaqdan qoruyan digər maddələrin olmasıdır.

Maraqlıdır ki, eyni effekt çoxlu sayda şokoladlı qoz və yerfındığı kremi yeyən insanlarda müşahidə edilmir. Alimlər bunun səbəbini bu məhsulların tərkibində olan zərərli yağ turşuları və bitki yağları ilə əlaqələndirirlər.

Baxış sayı: 529