Maqazin, Müsahibə
27.08.2015 / 17:44

Ceyhun Zeynalov: “...Səviyyəli müğənni toya getməməlidir”

Ceyhun Zeynalov: “...Səviyyəli müğənni toya getməməlidir”

Gənc müğənni Ceyhun Zeynalov İnform.az-da

- Salam, necəsiniz?

- Çox sağ olun, yaxşıyam...

- Sənətdə nə yenilik var?

- Yeni bir mahnı üzərində çalışıram. Əmək, güc və sevgi sərf edirəm.

- Bir mahnını neçə müddətə ərsəyə gətirirsiniz?

- Dörd aya .... Elə olur həftəyə bir cümlə yaza bilirəm. Yəqin ki, mənim müsiqilərimə qulaq asırsınız. O səviyyədə musiqi yazanlar yoxdur. Çalışırıq keyfiyyətli iş görək. Gec olsun, amma keyfiyyətli olsun.

- On beş ildir səhnədəsiniz, amma hələ də bir klipiniz belə yoxdur.

- Mahnılarıma göstərdiyim həssaslığı kliplərə də göstərirəm. Mənim məqsədim təəcübləndirməkdir, necə ki, mahnılarla təəccübləndiririk, kliplərlə də təəcübləndirmək istəyirəm.

- Doqquz milyonluq ölkədə təccübləndirə biləcək klipmeyker bir rejissor yoxdurmu?

- Hələ ki, ideal ideya yoxdur. Həm də yadda qalacaq klip çəkmək üçün yaxşı maliyyə lazımdır.

- Oxuduğunuz üsluba görə toylara getmək çətin deyil ki?

- Xeyr. Təsəvvür edin, kimsə sizi həyatdakı ən özəl anına dəvət edir. Niyə düşünürsüz ki, müğənni toya getməli deyil?! Bu düşüncədə olanlar ürəkləri qurdlu insanlardır. Müğənni üçün toylara dəvət almaq çox dəyərlidir. Sadəcə dəxli olmayan bir ideologiyanı atıblar ortaya ki, guya səviyyəli müğənni toya getməməlidir.

- Azərbaycanda albomdan, konsertdən pul qazanmaq mümkündürmü?

- Xeyr, burada mümkün deyil. Hazırda gördüyünüz o konsertlər, “filankəs konsert verdi” adı üçün təşkil olunur. Bir mahnını, yaxud albomu alıb milyonlarla pirat variantını çıxarıb satırlar. Müğənni ondan nə pul qazansın ki? Min ədəd disk satdısa, onun ən azından iki milyonu köçürülüb buraxılacaq.

- Piratlarla mübarizə aparırsınız?

- Bu məsələlərlə məşğul olmaq müğənninin vəzifəsi deyil... Buna Mədəniyyət Nazirliyi ilə yanaşı Müəllif Hüquqları Agentliyi nəzarət etməlidir.

- Siz həm də eyni zamanda aranjmançı kimi də çalışırsınız.

- Hansı daha çətindir?

-Xaricdə aranjımançılara qibtə edirlər. Onlar müğənnidən də çox tanınırlar. Bizdə isə tam əksidir. Bizim ölkədə aranjmançı həm də bəstəkara deyirlər. Bəstəkarlar zəng edib telefonda deyir ki, “nahna na nay” bunu aranjman elə... Not yox, tonallar yox...

- Buna görə əlavə pul alırsız?

- Xeyr! Boşa sərf edilmiş zamandır.

- Ölkəmizdə dünya miqyasına çıxa biləcək aranjmançı var?

- Bəli, Ramin Vəlibəyov! O dünyanı təəccübləndirəcək bir aranjmançıdır.

- Hansı mahnılarınızı aranjman edib?

- “Buludlar” “Dəniz”.

- Belə istedadlı gənclər niyə hələ də dünya musiqi dairələrinə çıxa bilmirlər?

- Çıxaran yoxdur. Mütləq dəstək lazımdı.

- Röya ilə ifa etdiyiniz “Zəhləm getmiş” adlı musiqini kim aranjman edib?

- Özüm. Amma xoşuma gəlmir, tonu yuxarıdır...

- Bəs öz ifaların içərisində ən sevdiyin mahnı hansıdır?

- “Milyonlardan biri”.

- Niyə məhz o?

- Orada daha çox mənəm.

- Qadınlarla münasibətiniz necədir?

- Yaradıcılğımda qadının çox böyük rolu var. Qadınlar bizi mahnı yazmağa ruhlandırırlar.

- Hansı qadınları bəyənirsiniz?

Ceyhun Zeynalov: “...Səviyyəli müğənni toya getməməlidir”
- Monika Belluçini gözəl qadın hesab edirəm.

- Geyim tərziniz yaxşıdır, zövqlü geyinməyi bacarırsınız. Məşhur brendlərdən sizə işləmək təklifi gəlməyib ki?

- Gəlib, amma hələ ki, danışıqlar gedir.

- Müğənnilər kitab oxumalıdırmı?

- Bəli, kitab oxumaq çox vacibdir. Amma oxumağa vaxtım olmur. Kitab oxumaq vərdişim olmamağı zəif cəhətim hesab edirəm.

- Xoşbəxtsən?

- Hərdən bəli, xoşbəxt hiss edirəm özümü. Bir də ki, xoşbəxtlik daimi olmur axı... Həmişə xoşbəxt olmaq nağıllarda olur.

- Nağıllarındakı qəhrəmanla real həyatdakı qəhrəmanın arasında fərq nədədir?

- Fərq yalnız zamandadır.

- Deyirlər zaman hər şeyi dəyişmək iqtidarındadır. Bəs o Ceyhun Zeynalovda nəyi dəyişmək iqtidarına malik deyil?

- Çətin sualdır. Daha doğrusu, bu sualın daha dəqiq cavabını zaman özü bilir. Hətta vaxt gələr mənim hal-hazırda verdiyim cavabı belə dəyişə bilər...

- Darıxırsınız?

- Hərdən dəhşətli darıxıram. Darıxmaqlar da fərqlidir. Baxir kim və nə nə üçün darıxmaq. Dörd gündür studiyadayam, hazırda evim və ailəm üçün darıxıram...

- Özünüzlə tək qalanda vicdanınıza hesabat verirsiniz?

- Əlbəttə. Ağlı başında olan hər bir fərd özünə hesabat verməlidir.Əsas odur ki, ona belə gecikməyəsən.

- Nəyi özünüzə qadağan etmisiniz?

- Çox şeyləri. Eyni zamanda qadağalarımı da pozmuşam. Onların içində təslim olmaq da var!

- Qadağaları pozmaq daha asandır, yoxsa qaydaları?

- Bu ölkədə bəzi yazılmamış qaydalar mənim düşüncəmdə elə qadağadır. Bu isə cahilliyə sürgünün başında dayanan məsələlərdən biridir.

- Cahillik hardan başlayır?

- Düzgün dinləməməkdən...

- Benjamin Franklin hesab edir ki, ““Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır.”
Pul insanı satın almaq iqtidarındadır?


- Pul kömək etməzsə, böyük pullar kömək edər deyə, bir fikir var, mən o düşüncədəyəm.

- İnsan ən çox özünə bənzəyən insanı sevir, yoxsa özünün tam əksini?

- İki müsbət bərabərdir mənfiyə. Bunun doğruluğuna daha çox inanıram.

- Rey Çarlz və Stiv Uander, hər iki məşhur musiqiçinin uğurlarının açarı nədə idi?

- İkisi də gözdən əlil idi.

- İnsanlarda hansı xüsusiyyəti qiymətləndirirsiniz?

- Mərdimazar olmamağı.

- Bu ifadə qadınlar barəsində də keçərlidir? Sənin ailənə mərdimazarlıq edənlər olub?

- Bəli. Mərdiməzarlıq etmək istəyənlər elə indi də var.

- Ceyhun Zeynalovu yaxşı dost hesab etmək olar?

- Onu dostlarımdan soruşmaq lazımdır. Dostlarım həyatımdadırlarsa yəqin ki, onlar yaxşıdırlar və dözümlüdürlər...

Xəyalə ƏLİHEYDƏR /İnform.az


Baxış sayı: 1036