Dünya
27.08.2015 / 15:45

İran yenə ABŞ-ı qəzəbləndirəcək

İran yenə ABŞ-ı qəzəbləndirəcəkİranın Atom Enerji Təşkilatının başçısı Əli Əkbər Salehi İranın Çinlə nüvə əməkdaşlığı ilə bağlı əlaqələrinin möhkəmlətmək istədiyini açıqlayıb. Tərəflər arasındakı danışıqlar artıq son mərhələyə çatıb. Danışıqlar əsasında İranda kiçik nüvə stansiyaları inşa ediləcək.

İranın rəsmi xəbər agentliyi IRNA-dan verilən məlumata görə, Salehi nüvə danışıqları aparmaq üçün Çinin paytaxtı Pekinə gedib.

Salehi bildirib ki, İranda inşa ediləcək 100 meqavatlıq kiçik stansiyalar üçün Çin ilə danışıqlar aparılır.
İnform.az

Baxış sayı: 304