Hadisə
27.08.2015 / 13:13

Tiflisdə zavod yanıb

Tiflisdə zavod yanıb Gürcüstan paytaxtındakı Eristavi küçəsində yerləşən keçmiş Kirov adına zavodda yanğın baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə keçən gecə qeydə alınıb. Zavodun 4000 kvadratmetr sahəsi yanıb. Yanğının səbəbi hələlik məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Agentliyindən APA-ya verilən məlumata görə, hadisə yerində 25 yanğınsöndürən və 3 xilasetmə maşını, 120 nəfərlik canlı qüvvə çalışıb.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 338