Gündəm, Sosial
27.08.2015 / 13:01

Sabah 28 dərəcə isti olacaq

Sabah 28 dərəcə isti olacaq Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 24-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

İnform.az

Baxış sayı: 408