Sosial, Sağlamlıq
27.08.2015 / 12:09

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 28-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirlikdən verilən məlumata görə, O. Şirəliyev Lənkəranla yanaşı Astara, Masallı, Lerik rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.

İnform.az

Baxış sayı: 394