Elm-təhsil
27.08.2015 / 11:24

Tələbələr təcrübədə

Tələbələr təcrübədə

Azərbaycan Dövlət Aqrar Universitetində ­baytarlıq üzrə mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin kənd təsərrüfatının baytar həkimləri ilə təminatının yaxşılaşdırılması prioritetlərdən biridir. Universitetdən İnform.az-a verilən məlumata görə, bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istqamətlərindən biri “baytarlıq” ixtisası üzrə təhsil alan tələbələrin təcrübələrinin xarici ölkələrdə, o cümlədən Türkiyənin aparıcı ali aqrar təhsili müəssisələrində təşkilidir.

Universitetlərarası əməkdaşlıq əlaqələri çərçivəsində ADAU-nun baytarlıq təbabəti və zoomühəndislik fakültəsi əyani təhsil formasının “baytarlıq” ixtisası üzrə dördüncü kurs tələbələri Hümbət Fərmanlı, İsgəndər Məmmədov, Sabir Xıdırlı, Nabat Məmmədova, Aysel Cəlilova 2015-ci il sentyabr 01-dən 15-dək Türkiyənin İstanbul Universitetinin baytarlıq fakültəsində təcrübə keçəcəklər.

Qeyd edk ki, 01 - 30 mart 2015-ci tarixlərində qeyd olunan fakültənin “əczaçılıq” ixtisası üzrə üçüncü kursda təhsil alan 14 tələbəsi Türkiyənin Ondokuz Mayıs Universitetinə, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin fevral ayına kimi 10 tələbəsi Ankara, Səlcuk və İstanbul Universitetində 5 (beş) aylıq təcrübə keçiblər.

Baxış sayı: 258