İqtisadiyyat
27.08.2015 / 11:14

"Türk axını" üçün ortaq boru xətti

"Türk axını" üçün ortaq boru xəttiSerbiya, Makedoniya, Yunanıstan və Macarıstan "Türk axını" layihəsi çərçivəsində Avropaya nəql olunacaq təbii qaz üçün ortaq qaz boru kəməri çəkəcək. Artıq bununla bağlı adı çəkilən Balkan ölkələri arasında sentyabrda müvafiq razılaşma imzalanacağı gözlənilir.
Məlumata görə, bu xətt Türkiyə sərhədindən Vyanadakı (Avstriya) "Baumgarten" qazpaylayıcı stansiyasına qədər olan məsafədə uzanacaq.
"Tesla" adlandırılan kəmərlə bağlı son qərarın isə sentyabrda veriləcəyi gözlənilir.
Qeyd edək ki, illik ötürmə gücü 27 mlrd. kubmetr olan "Tesla"nın 2019-cu ildə fəaliyyətə başlaması ehtimal edilir.
İnform.az

Baxış sayı: 267