Mədəniyyət
27.08.2015 / 10:43

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin sakinləri üçün növbəti şənlik təşkil olunub.
Şənlik Nizami rayonundakı 1, Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq evlərindən və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzindən 200-dək uşağı bir araya gətirib. Xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Şənlik çərçivəsində uşaqlar yay günlərinin xoş ovqatını və qayğısız anlarını yaşayıblar.
Fondun himayəsi altında uşaqlarla bağlı həyata keçirilən aksiyalar məcburi köçkün ailələrindən olan, həmçinin diabet və talassemiya xəstəliklərindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına, buradakı uşaqlarla bağlı müxtəlif layihələrin həyata keçirilməsinə, yeni məktəb binalarının tikilməsinə yönəlib.
Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirib.



Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 372