Mənim olmayan yazı
27.08.2015 / 10:42

İtirilmiş dəyərlərdən

İtirilmiş dəyərlərdənBu gündən etibarən İnform.az “Mənim olmayan yazı” layihəsinə başlayır. Layihədə məqsəd oxuduğumuz kitab və ya dərgilərdə maraq kəsb edən hissəni ayırıb oxucuların diqqtinə təqdim etməkdir.

Gec ailə qurmağı özlərinə dərd edən qızlara Saxa qızlarını misal çəkmək istərdim. İncələdiyimiz Türk tarixindən də görürük ki, Türk tayfaları içərisində ən gec evlənən Saxa qızlarıdır. At minməyə və döyüşməyə alışqan Saxa qızları ailə qurana qədər kişilərlə bərabər at çapıb, ox atardılar. Elə ki, evləndilər, hələ üstəlik də ana oldularmı, çadırın ağası olurlar. At çapıb, ox atmaqdan ayrılmaq istəməyən Saxa qızları isə çarəni gec evlənməkdə görürdülər.
Atalarımızın qadına vediyi dəyər və azadlıq bu günlə əsla qarışdırılmamalıdır. İyirmi birinci əsrdə olsaq da, gəlişmiş belə bir toplumun dünyada bənzəri yoxdur. Heyf ki, törənin dağılması ilə bu gözəl adətlər öz yerini köhnəlmiş ərəb adətlərinin təqlidinə buraxdı. Bu təqlidçiliyin sayəsində də Türk qadını ərindən bir addım geridə qalmağa başladı və uzun bir zaman da evdən bayıra çıxmadı.
...Mustafa Kamal Atatürk dəyişdirdi Türkiyə qadınının taleyini. Çünki tarixi yaxşı bilirdi. Elə Türkün öz xarakterini də. Və bu gün yenidən qadını qapalı məkanlarda tutmaq və məsləksiz qoyma anlayışı yayılmağa başlayıb. İşin qəribə tərəfi isə odur ki, qadınların bu anlayışa etiraz etmələri əzvəzinə, səssizcə qalaraq, üstəlik də bu gedişatı dəstəkləyirlər. Dünyanın hər yerində qadınlar yeni haqlar tələb etdikləri halda, bizdə isə əksinə, geri qalmağa qarşı sanki bir simpatiya yaranıb.
Türklərdə qadın Xaqan olub, ölkə idarə edib. Saxaların qadın xaqanı Tomris Xan bunun ən gözəl bariz nümunəsidr. Ancaq nədənsə nə adını anan var, nə də gördükləri işlər barəsində danışan.
Daha bilmirlər ki, İslamiyyətin qəbulundan sonra Türklərdə qadınların cəmiyyətdə rolu uzun zaman davam etmişdir. Nə zaman ki, İslam ərəb adətlərinin təsirinə düşürək, öz içinə qapandı, elə o gündən də qadının yalnız adı qaldı.
Qadın haqlarının geriləməsində İslamın təsiri olduğunu söyləyənlər yanılırlar. Nə baş verdisə, Ərəb adətlərini İslamın qanunu kimi qəbul edəndən sonra baş verdi...

Baxış sayı: 781