İqtisadiyyat
27.08.2015 / 09:30

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıbDünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,71 dollar və ya 1,81% ucuzlaşaraq 38,60 dollar təşkil edib.
Birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,16% yaxud 0,07 dollar azalaraq 43,14 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.

İnform.az

Baxış sayı: 356