Maraqlı
26.08.2015 / 23:23

Heydər Əliyevin maşını satışda (foto)

Heydər Əliyevin maşını satışdaRusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə 1,4 milyona rubl (təxminən 21 min manat) qiymətinə satışa çıxarılıb.

İnform.az ANS PRESS-ə istinadən bildirir ki, Rusiya mətbuatında yayılan xəbərdə iddia olunduğuna görə, avtomobil Azərbaycan prezidenti Heydər Əliyevə məxsus olub.

Elan avqustun 24-də 24auto.ru saytında yerləşdirilib.

Satan şəxs bildirib ki, avtomobil 1951-ci ilin buraxılışıdır və həmin avtomobil Azərbaycandan İlham Əliyevin qarajından gətirilib.

Avtomobil təmirdən sonra avtomat pəncərə qaldıranlarla, kompyuter, televizor və siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti rus pulu ilə 1 410 000 rubl təşkil edir.
Heydər Əliyevin maşını satışda Heydər Əliyevin maşını satışda
Heydər Əliyevin maşını satışda Heydər Əliyevin maşını satışda

Baxış sayı: 575