Maraqlı
26.08.2015 / 17:35

Körpənin cinsiyyəti nədən asılıdır?

Körpənin cinsiyyəti nədən asılıdır?Bəzi cütlüklər gələcək övladlarının cinsiyyətini müəyyən etmək üçün müxtəlif təqvimlərdən istifadə edirlər. Hətta bununla bağlı xüsusi tənliklər də geniş yayılıb. Ancaq mütəxəssislər bunun qeyri - real bir yanaşma olduğunu deyirlər.
Oğlan adı ilə hamilə qalır və nəticədə qız uşağı dünyaya gətirir. Bəzi insanlar dırnaqarası ginekoloqların verdiyi və internetdə geniş yayılan təqvimlər əsasında hamilə qalmağın zamanını hesablayırlar. Onlar Çin təqvimi adı altında məşhur olan bəzi tənliklər vasitəsilə müəyyən vaxtlarda hamilə qalaraq, oğlan uşağı dünyaya gətirmək istəyirlər. Hesablamalar üst-üstə düşmədikdə isə abort etdirirlər.
Uşağın cinsini əvvəlcədən müəyyən etmək üçün tərtib olunan bu kimi testlər abortların sayını artırır. Amma təcrübə göstərir ki, müasir tibb nə qədər inkişaf edirsə etsin, bəzi hallarda o belə uşağın cinsiyyətini müəyyən etməkdə aciz qalır.
Bu gün dünyada abort ucbatından minlərlə qadın həyatını itirir. Abortun qadının orqanizmə vurduğu fəsadlar isə tibb aləminə çoxdan məlumdur.
İnform.az

Baxış sayı: 467