Mədəniyyət
26.08.2015 / 15:48

Ölkəmiz beynəlxalq festivalda təmsil olunur

Ölkəmiz beynəlxalq festivalda təmsil olunurÖzbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" beynəlxalq musiqi festivalı başlanıb. YUNESCO-nun iştirakı ilə iki ildən bir keçirilən nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir. Azərbaycan musiqiçiləri "Şərq təranələri" festivalında daim uğurlu iştirak ediblər. Ötən illərdə dünya şöhrətli xanəndə Alim Qasımov, tanınmış muğam ifaçıları Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilib.
10-cu dəfə keçirilən festivalın yubiley tədbirlərinə fəxri qonaq kimi ötən illərdə Qran-pri mükafatına layiq görülən müğənnilər dəvət alıblar. Azərbaycandan yubiley tədbirlərində "Şərq təranələri"nin ilk iştirakçısı və Qran-pri mükafatçısı (1997) Xalq artisti Simarə İmanova fəxri qonaq kimi iştirak edir.
Festival çərçivəsində "Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcək. Konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.


Aysel Talıbqızı / İnform.az

Baxış sayı: 326