Hüquq
25.06.2015 / 17:59

Ombudsman cəzaçəkmə müəssisəsində olub

Ombudsman cəzaçəkmə müəssisəsində olub

Ombudsman Elmira Süleymanova Milli Preventiv Qrupun üzvləri ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhkumlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) növbəti dəfə başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, CM-in yataqxanalarına, yeməkxanasına və tibb-sanitar hissəsinə baxışlar keçirilib.

Müəssisə ərazisində obyektlərin təmir olunduğu, müsbət dəyişikliklərin həyata keçirildiyi, saxlama şəraitinin, qidalanma vəziyyətinin yaxşılaşdırıldığı, məhkum qadınların məşğulluq imkanlarının artırıldığı, yeni stomatoloji kabinetin təşkil olunduğu və müasir avadanlıqla təchiz edildiyi, ümumən, keyfiyyətli tibbi xidmətin göstərildiyi müəyyən edilib.

Baxış sayı: 388